Təcili tibbi yardım maşınında yük daşınıb? - RƏSMİ AÇIQLAMA
Səhiyyə Nazirliyi Bakıda təcili tibbi yardım maşını ilə mebel daşınması barədə yayılan görüntülərə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, bəzi saytlarda məişət əşyaları yüklənən Tibbi Yardım avtomobili Səhiyyə Nazirliyinə məxsus deyil:
“Nazirliyinin Təcili Tibbi Yardım avtomobillərinin hər birinin üzərində bort nömrəsi var, yayılan şəkildəki avtomobilin üzərində bort nömrəsi yoxdur. Səhiyyə Nazirliyinə məxsus Təcili Tibbi Yardım avtomobillərinin arxa qapılarının üzərindəki xətlər qırmızı rəngdədir, şəkildəki avtomobilin arxa qapılarının üzərindəki xətlər göy rəngdədir. Avtomobil Bakı şəhərində fəaliyyət göstərən başqa klinikalara məxsus ola bilər”.
ƏLAQƏLİ
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Qeyd edək ki, bəzi saytlarda Tibbi Yardım avtomobilinin sürücüsü qapı və digər mebel alıb və maşının arxasına yerləşdirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda tıxacları azaltmağın yeni üsulu: təmir işləri gecə aparıla bilər
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi