Təcili tibbi yardım avtomobillərinin ünvana gec çatmasının səbəbləri açıqlanıb
Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva təcili yardım avtomobillərinin gec çatması barədə səsləndirilən narazılıqlara münasibət bildirib.
Minval.info-nun xəbərinə görə, N.Fərzəliyeva deyib ki, paytaxt üzrə mövcud olan 139 briqada adi gündə 1700-1800 çağırışı gecikmədən normal şəkildə icra edə bilər. Çağırış yerinə çatmaq isə maksimum 40 dəqiqə çəkə bilər.
Onun sözlərinə görə, bəzən hadisə yerinə təcili yardım avtomobilinin gec çatması barədə narazılıqlar səsləndirilir: “Nəzərə almaq lazımdır ki, çağırışlar çox olarsa, gecikmələr qaçılmazdır. Əgər çağırışların sayı adi gündəkindən çoxdursa istər-istəməz gecikmə ola bilər. Çağırış çox olanda çeşidləmə yolu ilə icra etməyə çalışırıq”.
Baş həkimin müavini bildirib ki, qida zəhərlənmələri bayram günlərində elə də çox olmayıb: “Bayram günlərində müntəzəm şəkildə məsul şəxslərdən növbəli qrafik qurulmuşdu. Sevindirici haldır ki, bayram günlərində fövqəladə hal baş vermədi”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı