Təcavüzdə ittiham olunan Ronaldo ilə bağlı gözlənilməz qərar
“Yuventus”un hücumçusu Kriştiano Ronaldo amerikalı model Ketrin Mayorqanın ona qarşı qaldırdığı təcavüz iddiasına görə cinayət məsuliyyətinə cəlb edilməyəcək.
Fanat.Az xəbər verir ki, 2009-cu ildə Las-Veqasda portuqaliyalı futbolçu tərəfindən təcavüzə məruz qaldığı iddiası ilə məhkəməyə müraciət edən modelin iddiası öz təsdiqini tapmayıb. Las-Veqas Ədliyyəsi qadının təcavüz iddialarının öz təsdiqini tapmadığını açıqlayıb.
Qeyd edək ki, amerikalı model iddiasına görə, hadisə 2009-cu ildə Las-Veqasda yerləşən “Palms Place Hotel”də baş verib. O, hotelin klubunun VIP bölməsində Ronaldo ilə tanış olub və daha sonra futbolçu Mayorqanı zorlayıb. Almaniyanın “Der Spiegel” nəşri yazır ki, Ronaldo modellə məxfilik sazişi imzalayıb və ona 375 min dollar pul ödəyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
