Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Oktyabrın 6-dan 11-dək İordaniyanın paytaxtı Ammanda güləş üzrə veteranlar arasında dünya çempionatı keçirilib. Baku.ws-ın məlumatına görə, bu çempionatda Azərbaycan Güləş Federasiyasının idmançıları uğurla iştirak ediblər.
Məlumata görə, Azərbaycanı təmsil edən üç güləşçi fəxri kürsüyə qalxaraq gümüş medallar qazanıblar. Yunan-Roma güləşində Fikrət Bağırov 70 kq çəki dərəcəsində, Elgiz Məmmədov isə 100 kq çəki dərəcəsində mükafatlandırılıb. Sərbəst güləşdə isə Elçin Həsənov 70 kq çəki dərəcəsində gümüş medal sahibi olub.
Çempionatda Azərbaycanı ümumilikdə dörd hakim təmsil edib. I dərəcəli beynəlxalq hakim Elman İsmayılov xalça rəhbəri kimi əsas görüşlərin idarəçiliyində iştirak edib. Milli dərəcəli referilərdən Əfqan Həbibov, Çinarə Cəfərova və Rəşad Abdulov isə orta hakim funksiyalarını icra ediblər.
Bu hakimlər, həmçinin beynəlxalq kateqoriya almaq üçün keçirilən imtahanlarda iştirak ediblər. İmtahanların nəticələri 2026-cı ilin sonuna qədər açıqlanacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
"Sabah" - "Slaviya" oyununu avstriyalı hakim idarə edəcək
“Qarabağ” “İmişli”yə, “Şəfa” “Turan Tovuz”a qarşı