12.10.2026 - 15:14
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
İdman 169 baxış

Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi

“Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo, argentinalı Lionel Messi ilə uzun müddətdir davam edən rəqabətinin onun üçün güclü motivasiya mənbəyi olduğunu etiraf edib.

Publika.az-ın məlumatına görə, Ronaldo bu rəqabətin meydan xaricində də dərin hörmətə əsaslandığını bildirib. O, “CNN Portugal”a verdiyi müsahibədə deyib ki, “Biz həmişə əla yola getmişik. Messi ilə rəqabətimiz həmişə meydanda hörmətə əsaslanıb. Biz bir-birimizi motivasiya etdik, eynilə Formula 1-də Alen Prost və Ayrton Senna kimi. Bir-birimizi müxtəlif maneələri dəf etməyə ruhlandırdıq”.

İki futbol əfsanəsi La Liqada uzun müddət rəqib olublar. Ronaldo “Real Madrid”də, Messi isə “Barselona”da oynayırdı. Hazırda hər iki oyunçu karyeralarını Avropadan kənarda davam etdirir: 41 yaşlı Ronaldo Səudiyyə Ərəbistanında “Əl-Nəsr”də, 39 yaşlı Messi isə ABŞ-da “İnter Mayami”də oynayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: