19.06.2020 - 12:02
Ölkə
0 baxış
TƏBİB-in mətbuat katibinin ailə üzvləri koronavirusa yoluxub - özü tədbirə buraxılmadı
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva dünən keçirilən Operativ Qərargahın brifinqinə buraxılmayıb.
Musavat.com xəbər verir ki, tədbir işçilərinin girişdə qızdırması ölçülən zaman Rəvanə Əliyevanın temperaturu yüksək olub.
R.Əliyeva təkrar yoxlamadan keçirilib və qızdırması yüksək olduğu üçün tədbirə buraxılmayıb.
Məlumata görə, Rəvanə Əliyevanın anası və daha bir neçə ailə üzvü koronavirusa yoluxub. Onlar karantinə alınıb.
Rəvanə Əliyevanın koronavirus testi verdiyi və virusa yoluxmadığı bildirilir.
R.Əliyeva ilə əlaqə saxlamağa çalışdıq. Lakin telefon zənglərinə cavab vermədi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bürclər - 4 avqust
04.08.2018 - 00:07
Daha bir jurnalistə dövlət orqanında vəzifə verildi
24.01.2019 - 20:35
Rusiyalı siyasətçinin Bakıda qəfil ölümü ilə bağlı araşdırma başladı
20.06.2022 - 11:06
Güclü yağış və qar yağacaq - Nazirlikdən XƏBƏRDARLIQ
09.02.2018 - 13:11
Siyavuş Novruzov: “Məni söyənlər də oldu ki, bu, niyə danışır?”
24.06.2022 - 10:29
Paralimpiyaçımız Vətən Müharibəsi iştirakçısı ilə ailə qurdu - Fotolar
07.06.2021 - 15:32