Sürücülərin NƏZƏRİNƏ - Bunu etməsəniz, cərimələnəcəksiniz VİDEO
Dayanma və durmanı qadağan edən nişanın tələblərinin pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı yeni qaydalar sürücülər arasında anlaşılmazlıq yaradıb.
Minval.info Xəzər TV-yə istinadən xəbər verir ki, yeni qaydalardan səthi məlumatı olan sürücülərin çoxu demək olar ki, bunu səhv başa düşüblər.
Sürücülər elə zənn edirlər ki, yeni qaydaya əsəsan gün boyu şəhər ərazisində dayanma və durmanı nə qədər pozsalar da cəmi bir dəfə cərimə olunacaqlar. Amma bu belə deyil.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli deyir ki, sürücülər mümkün qədər dayanma və durma qaydasını pozmamalıdırlar. Qaydalara əməl etmədikdə bu yollarda sıxlığa səbəb olur. Dayanma və durmanı tələbini eyni yerdə pozan sürücülər yalnız bir dəfə cərimə tətbiq ediləcək.
Araz Əsgərlinin sözlərinə görə avtobusların dayanacağında avtomobilini park edən sürücülər 40 manat cərimə olunur. Yol polis əməkdaşı onu da bildirdi ki, avtobus dayanacağını zəbt edən avtomobil cərimə olunmaqla bərabər, sərnişin və avtobuslara maneə olduğundan ərazidən mütləq qaydada evakuasiya edilir.
https://youtu.be/vqcG7wY7XVs
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putini müsəlmanlar öldürəcək: Gürcü peyğəmbərin PROQNOZU
Bakıda Suriyada döyüşdüyünə görə tutulan şəxslərə hökm oxundu
Sabahın hava proqnozu açıqlanıb
Uşaqları oğurlayıb dilənçi edirlər – Keçmiş polis rəisi
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqu
Polis gücləndirilmiş iş rejiminə keçir