Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılır
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yasamal rayonu, M.A. Şərifzadə küçəsinin kəsişməsindən Əsəd Əhmədov küçəsinin (dairəvi yolunun) kəsişməsinə kimi olan hissədə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, Rənglənmə işləri axşam saatlarınadək yekunlaşdırılacaq.
Anoloji işlər bu gün axşam saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Şamaxinka dairəsinə kimi olan hissədə aparılacaq. Burda rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
Bu üzdən sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BakuBus avtobuslarında yeni sistem çaşqınlıq yaradır
Binəqədidə təmir: Sürücülərə alternativ yollar tövsiyə olunur
İş adamı Elnar Mehdiyevə ölkədən çıxış qadağası
AYNA avtobus marşrutlarını müsabiqəyə çıxarır
Ət idxalında lider ölkələr açıqlandı
Sabah gəncləri Mançesterdə ağır məğlub oldu
Səfir Mustafayevdən Moskvaya neqativ fon xəbərdarlığı