Sürücülərin DİQQƏTİNƏ: Bu prospektlərdə...
Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolağın” çəkilişi işləri davam etdirilir.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.
Agentlikdən bildirilib ki, bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.
Qeyd edək ki, “Sarı zolağın” çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bu məhkəmələr ləğv edildi - Siyahı
Vilayət Eyvazov Gəncəyə yeni TƏYİNAT etdi
Rayona getmək istəyənlərin diqqətinə!
Öz bəxtinə ağlayan qara paltarlı qadınlar – içimi parçalayan körpə
Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinə “məcburi göstəriş” verdi
Nazir regional mərkəzin rəisini işdən çıxardı