Sürücülərin DİQQƏTİNƏ: Bakıda mərkəzi yollardan biri bağlanır
“Sovetski”də aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi bağlanacaq.
Minval.info Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, bundan başqa, aprel ayının 22-dən Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri axşam saat 23:00-dan səhər saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.
Sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kəlbəcərdə ilk əmək yarmarkası: 90 vakansiya!
Nazirliyin xidmətləri üçün e-sorğuya qoşulun!
Sosial ödənişlər avqustun 25-də tamamlanır
Sabah bütün sosial ödənişlər tamamlanır!
Pensiya kapitalının vərəsəyə ötürülməsi müzakirə olunur
Sosial yardımların ödəniş tarixi açıqlandı!