Pensiya kapitalının vərəsəyə ötürülməsi müzakirə olunur
Vətəndaşların vəfatından sonra topladıqları pensiya kapitalının taleyi yenidən müzakirə mövzusuna çevrilib. Hazırkı qanunvericilikdə pensiya kapitalının varisə birbaşa ötürülməsi ilə bağlı mexanizm mövcud deyil. Milli Məclisin deputatı Vüqar Bayramovun fikrincə, vətəndaş pensiya yaşına çatmadan dünyasını dəyişərsə, topladığı pensiya kapitalının müəyyən hissəsinin, ən azı 30 faizinin varisin hesabına köçürülməsi məqsədəuyğun ola bilər.
Minval.info xəbər verir ki, deputat həmçinin vətəndaşların pensiya yaşına çatmadan topladıqları kapitaldan müəyyən şərtlərlə istifadə edə bilməsi ilə bağlı xarici təcrübənin araşdırıldığını bildirib. Azərbaycanda da vətəndaşın pensiya kapitalından sağlığında və vəfat etdikdən sonra ailəsinin yararlanmasına imkan verən mexanizmin tətbiqi müzakirə olunur.
İqtisadçı Günay Hüseynova bu mexanizmin tətbiqi ilə bağlı müxtəlif təkliflərin səsləndirildiyini, lakin məsələnin hələlik müzakirə mərhələsində olduğunu qeyd edib. Onun fikrincə, pensiya kapitalının istifadəsi təyinatına uyğun yönləndirilməlidir. Təklif olunur ki, həmin məbləğ şəxs vəfat etdikdən sonra vərəsəyə deyil, sağlığında onun pensiyasına və sosial-iqtisadi xərclərinə yönəldilsin.
Maliyyə Nazirliyinin proqnozlarına əsasən, inflyasiya göstəricisinin yüksəlməsi gözlənilir. Bu səbəbdən pensiya kapitalının aylıq pensiyaya, dərman və market xərclərinə yönəldilməsi məqsədəuyğun hesab olunur. İqtisadçının fikrincə, pensiya kapitalının vərəsəlik yolu ilə ötürülməsi məsələsinə fərqli yanaşma tətbiq edilməlidir. Yeni mexanizm tətbiq edilərkən şəxsin ev girovu və ya kredit borcu da nəzərə alınmalıdır. Məsələn, şəxs vəfat edib, mirası yoxdur və ya mirasçı mirası qəbul etmir. Əgər bank borcu varsa, həmin kapital borcun ödənilməsinə yönəldilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların yaddaşı və məntiqi düşüncəsi zəifləyə bilər
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır