2026-da pensiyalarda kimlər üçün artım gözlənilir? – Yeni qaydalar açıqlandı
2026-cı ildə Azərbaycanda pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və iş stajı altı ili tamamlayan şəxslərin pensiyaları yenidən artırılacaq.
Minval.info xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məlumat verib. O, qeyd edib ki, pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən vətəndaşların pensiya kapitalı müəyyən müddətdən sonra yenidən hesablanır və bu proses altı ildən bir həyata keçirilir.
Bayramovun sözlərinə görə, digər pensiyaçılar üçün pensiya artımı isə fərqli mexanizm əsasında həyata keçirilir. Əmək pensiyaları hər il orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq indeksləşdirilir. 2026-cı il üzrə indeksləşdirmə faizi orta aylıq əməkhaqqının artım göstəricisi məlum olduqdan sonra müəyyənləşdiriləcək və bu qərarın 2027-ci ilin əvvəlində qəbul edilməsi gözlənilir.
Beləliklə, 2026-cı ildə altı illik əmək fəaliyyətini tamamlayan işləyən pensiyaçılar üçün nəzərdə tutulan artım fərdi pensiya kapitalının yenidən hesablanması ilə bağlı olacaq. Digər pensiyaçılar üçün isə növbəti ümumi artım 2026-cı ildə əməkhaqqının artım göstəricisinə əsasən müəyyən ediləcək və 2027-ci ilin yanvarından tətbiq olunacaq.
Bütün pensiyaçılara eyni vaxtda və eyni mexanizmlə əlavə artım ediləcəyi fikri doğru deyil. Artımın növü və vaxtı vətəndaşın pensiya statusundan və əmək fəaliyyətini davam etdirib-etdirməməsindən asılı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər