Suren Sarkisyan: "ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək"
ABŞ heç vaxt Bakıya qarşı sanksiyalar tətbiq etməyəcək, çünki Azərbaycan ABŞ üçün Ermənistandan heç də az əhəmiyyətli ölkə deyil, hətta ondan da önəmlidir.
Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Sarkisyan yerli mətbuata müsahibəsində deyib.
“Dövlət katibinin İranla Azərbaycan arasında hərbi münaqişə olacağı təqdirdə ABŞ-ın Bakını dəstəkləyəcəyi barədə bəyanatını unutmayın. Yəni Azərbaycan İranı hərbi əməliyyatlara cəlb etməyin ən yaxşı yollarından biri hesab olunur. Bu, böyük oyunun yalnız bir tərkib hissədir. Ona görə də Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcəklər.
ABŞ Azərbaycana eksklüziv olaraq təhlükəsizlik baxımından yardım edir. Yəni bu, tam olaraq hərbi yardım deyil, təhlükəsizlik baxımından kömək etməkdir. Məqsəd İranla dəniz sərhədini qorumaqdır. Son 2-3 ildə Azərbaycana 100 milyon dollara yaxın yardım göstərilib ”, – deyə Sərkisyan bildirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Almaniya konsulluğunu bağlayır: Gərginlik artır
Kompensasiya təklifi: 90 min yox, 180 min!
AfD Almaniyada seçkilərdə tarixi zəfər qazandı
Üç övladlı ailələrə 420 manat müjdə!
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı