Süni intellekt SOCAR-ın istehsalını necə artırır? – "EnergyAI" ilə uğurlu transformasiya
Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR Karbamid” zavodu, müasir texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bacarığı ilə rəqəmsal transformasiyanın uğurlu bir nümunəsi kimi tanınır.
Minval.info xəbər verir ki, iqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov, “X” sosial şəbəkəsindəki paylaşımında bu barədə məlumat verib.
Cabbarovun sözlərinə görə, 2023-cü ildə SOCAR və ABŞ-nin “McKinsey” şirkəti arasında strateji əməkdaşlıq çərçivəsində başlanan rəqəmsal transformasiya layihəsi, süni intellekt və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsindəki potensialını göstərir. “EnergyAI” platforması və digər rəqəmsal həllər vasitəsilə istehsal həcmi artırılıb, enerji səmərəliliyi və əməliyyatların etibarlılığı yüksəldilib. Bu transformasiya “McKinsey” şirkətinin rəsmi internet səhifəsində də yer alıb.
Mikayıl Cabbarovun fikrincə, bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsindəki mühüm nailiyyətlərini əks etdirir. Şirkət, Dünya İqtisadi Forumunun “Digital Lighthouse” statusuna üç dəfə layiq görülərək, sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə qlobal liderlər arasında yer alır. “SOCAR Karbamid”də əldə edilən təcrübə, SOCAR-ın digər fəaliyyət sahələri və Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün geniş miqyasda tətbiq edilə biləcək bir model təqdim edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!