Sumqayıtda məmur 3 min manat cərimə edildi

Sumqayıt şəhəri, Corat qəsəbəsi, Xəzər dənizi sahili zonasında çirkab suların çimərlik zonasından birbaşa Xəzər dənizinə axıdılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülərlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən yerində araşdırma aparılıb.
Minval.İnfo Xeberle.com-a istinadən xəbər verir ki, sözügedən əraziyə keçirilən baxış zamanı çirkab suların birbaşa Xəzər dənizinə axıdıldığı aşkar olunub. Araşdırma zamanı çirkab suların Sumqayıt Su Kanal İdarəsinə məxsus kanalizasiya şəbəkəsindən təxliyə üçün nəzərdə tutulan boru xətdən birbaşa dənizə axıdıldığı müəyyən edilib.
Faktla bağlı Sumqayıt Su Kanal İdarəsinin rəisi Darvin Hüseynov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bibiheybət məscidinin imamının diplomu tanınmadı
Həftəsonu Bakıda 40 dərəcə isti gözlənilir - XƏBƏRDARLIQ
SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ
Nigar Rüstəmliyə yüksək vəzifə verildi
“Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"