Sumqayıtda idmançılar arasında kütləvi dava: 4 nəfər bıçaqlanıb
Sumqayıt şəhərində kütləvi davada 4 nəfər bıçaqlanıb. Hadisə şəhərin 41-ci məhəlləsində idmançı gənclər arasında mübahisə zəminində baş verib.
Sonradan əlbəyaxa dava zamanı 4 nəfər bıçaqlanıb. Onlardan üç nəfəri – 1988-ci il təvəllüdlü Həsənov Anar Əli oğlu, 1991-ci il təvəllüdlü Salamov Eldar İxtiyar oğlu və Ələsgərov Eminin vəziyyəti ağır oduğundan dərhal əməliyyat olunub.
Kütləvi dava zamanı onlarla gənc müxtəlif bədən xəsarətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə müraciət edib.
Şahidlərin sözlərinə görə, kütləvi davada 30-a yaxın gənc iştirak edib. Davanın qız üstündə olduğu bildirilir.
Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır. (Report)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi