06.03.2018 - 19:37
Ölkə 5 baxış

Sumqayıtda dəm qazının məhv etdiyi ailənin ürək dağlayan FOTOSU

Sumqayıtda dəm qazından boğularaq ölən ailənin yas mərasimindən çəkilmiş foto sosial şəbəkədə paylaşılıb.

Minval.İnfo-nun Lent.az-a istinadən verdiyi məlumata görə, 3-ü uşaq olmaqla, 6 nəfərin öldüyü hadisənin faciəviliyi yas mərasimindən çəkilmiş görüntüylə ən ağır şəkildə ortaya çıxır.

Qeyd edək ki, ailənin 6 üzvü dəm qazında boğulub. Onların cəsədləri öldükdən 10 gün sonra yaşadıqları zirzəmidən çıxarılıb. Faciəvi hadisədə dünyasını dəyişən şəxslər aşağıdakılardır: Baba Rafiq Hüseynov, nənə Yeganə Hüseynova, ana Sara Rafiq qızı Hüseynova və onun 3 körpəsi  Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: