Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb - FOTO
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun söküntüsünə başlanılıb.
APA-nın yerli bürosunun məlumatına görə, M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu sökülərək yerində yeni, müasir tələblərə cavab verən üstü örtülü arena inşa olunacaq.
Qaçış zolağı ləğv olunacaq və genişlənmiş ərazidə üstü örtülü iki ehtiyat meydança da tikiləcək. Arenanın tutumu 17000 nəfər olacaq. Eyni zamanda 5 mərtəbəli otel və yeni elektron tablo inşa olunacaq. Yeni arenanın 2020-ci ilin sonlarında istifadəyə veriləcəyi planlaşdırılır.
Xatırladaq ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat ayrılıb.
1966-cı ildən fəaliyyət göstərən stadion indiyə qədər heç vaxt əsaslı təmir olunmayıb.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ: Bakıda və Abşeron rayonunda su kəsiləcək
İlham Əliyevin maaşı açıqlandı
Şəhərlərimizə başgicəlləndirici qoxu yayılıb: Bu təhlükədən xəbəri olan var?
Yeddi ay boş qalan vəzifənin Eldar Əzizova həvalə edilməsinin səbəbləri
Açıq məkanlarda da maska məcburi oldu