Sülhməramlı missiyada helikopterlərdən də istifadə olunur
Rusiya Aerokosmik Qüvvələrinin “Mi-8” və “Mi-24” helikopterləri Dağlıq Qarabağdakı münaqişənin həlli üçün sülhməramlı əməliyyatına cəlb ediləcək.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 8 ədəd “Mi-8” və “Mi-24” helikopteri “An-124” Ruslan hərbi nəqliyyat təyyarəsi vasitəsilə İrəvan aerodromuna çatdırılıb.
“Helikopterlər Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və hərbi əməliyyatlara nəzarət bölgələrinin hava monitorinqini həyata keçirmək üçün sülhməramlı əməliyyatlara cəlb ediləcək”,- deyə açıqlamada qeyd olunub. Bundan əlavə, vertolyotlar sülhməramlı kontingentin heyət və əmlakının çətin keçidli ərazilərə çatdırılmasını təmin edəcək.
Qeyd edək ki, daha əvvəl Baş Qərargah bir gündə 414 nəfərlik rusiyalı sülhməramlı heyətinin, onlarla avtomobilin və digər vasitələrin, habelə 8 helikopter və pilotsuz təyyarənin Dağlıq Qarabağa gətirildiyini bildirmişdi. Ümumilikdə qruplaşmaya 1960 atıcı silahlı hərbi qulluqçu, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və digər texnikanın daxil olduğu qeyd olunub.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə və Rusiya arasında Qarabağda atəşkəsə nəzarətlə bağlı müqavilə imzalanıb.
Memorandumu Türkiyə və Rusiya müdafiə nazirləri Hulusi Akarla Sergey Şoyqu imzalayıb.
ƏLAQƏLİ
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
“Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məkkə Sazişi bölgədə yeni təhlükəsizlik dinamikası yaradır
Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə müvəffəqiyyət qazandı
Zakir Həsənov və Yaşar Gülər Şuşada görüş keçirdi
Azərbaycan ordusunda müasir artilleriya sistemləri lokallaşdırılır
Azərbaycan və Çin minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edir
Azərbaycan, Türkiyə və Özbəkistanın birgə hərbi təlimi başa çatdı
Birliyin gücü - 2026 hərbi təlimində müşahidəçi günü keçirilib