Süleyman Soylu: “Türkiyə yenidən Azərbaycanda bayraq dalğalandırdı”
“Qarşıdakı PKK, rejim (Suriya – red) və ABŞ əllərinə silah verdilər, gedin, Türkiyəni narahat edin dedilər. Türkiyəni qarışdırın, sabitliyi pozun, qarşısını alın. Bəs Türkiyə nə etdi? Türkiyə Azərbaycanda yenidən bayraq dalğalandırdı”.
“Report” xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Nazir qeyd edib ki, bir sıra xarici qüvvələr Türkiyədə ictimai-asayişi pozmaq, qeyri-sabitlik yaratmağa cəhd göstəriblər. Lakin bu səylər nəticəsiz qalıb. Əksinə, Türkiyə Suriya ilə sərhədyanı ərazilərdə təhlükəsiz zona yaradıb.
Soylunun sözlərinə görə, Türkiyə PKK terroçularını Afrindən çıxarıb, regionu təhlükəsiz əraziyə çevirib: “15 iyulu ( 2016-cı ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhdi-red) kim etdi? İndi hardasa olan FETÖ rəhbəri etdi. Arxasında kimin olduğu aydındır. Əgər bu işdə Amerikanın əli olmasaydı, FETÖ liderini yola salardı. Onlar bu milləti tanımırlar”.
Daxili işlər naziri 506 min nəfər suriyalının Türkiyənin sərhədyanı hərbi əməliyyatlarla terrorçulardan təmizləyərək təhlükəsiz əraziyə çevirdiyi bölgələrə könüllü qayıtdığını bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar
Moskvadan Bakıya “media atəşkəsi” təklifi
Lavrov xəstəxanaya YERLƏŞDİRİLDİ
Rusiya İstanbul danışıqlarında İŞTİRAK EDƏCƏK?