Sükan arxasında telefondan istifadə edənlər belə cərimələnəcək
Telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimələrin tətbiqi yeni qaydada həyata keçiriləcək. Publika.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, telefondan istifadə və avtomobildə qanunsuz reklama görə cərimələrin tətbiqi yeni qaydada aparılacaq. Bəzi inzibati xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilə bilər və bu zaman icraatın aparılması ənənəvi üsullardan fərqli qaydada həyata keçirilir.
Hazırkı qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi (sürücünün telefonu əldə saxlamaqla istifadə etməsi) və 428.5-ci maddəsi (icra hakimiyyəti orqanının razılığı olmadan nəqliyyat vasitələrində reklam yerləşdirilməsi) də həmin hallar sırasına daxil edilməsi təklif edilir.
Bu qanun pozuntuları aşkarlandıqda 50 manat cərimə tətbiq olunacaq. Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əbu-Dabi görüşü Ukrayna müharibəsində dönüş nöqtəsi ola bilər
“Ramiz Mehdiyevi kimə şikayət edəcəkdi?” – Sərxan Xoşqədəmi müdafiə etdi
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
Ayın son günlərində geomaqnit qasırğası gözlənilir