ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər
ABŞ-nin Uçan Naməlum Obyektlərin (UNO) Öyrənilməsi üzrə Milli Mərkəzi (NUFORC) Ohayo ştatı üzərində naməlum obyektlə qarşılaşan pilotların hesabatını dərc edib. Oxu.az-ın yazdığına görə, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, 2026-cı il avqustun 16-da mülki təyyarəni idarə edən pilotlar yaxınlıqlarında naməlum obyekt müşahidə ediblər. NUFORC-un məruzəsinə əsasən, onlar dərhal ən yaxın hava limanının dispetçeri ilə əlaqə saxlayaraq gördükləri mənzərəni təsvir ediblər. Təyyarə təxminən 12 min metr hündürlükdə uçarkən pilotlar onlardan bir kilometr yuxarıda uzunluğu on metrə çatan hamar, gümüşü rəngli obyekt gördüklərini deyiblər.
Naməlum uçan obyekt uzunsov həb formasında olub. Onun səthində heç bir bükülmə və ya qat yeri diqqət çəkməyib. Bununla belə, hava gəmisinin toqquşma xəbərdarlığı sistemi işə düşməyib. Pilotların məlumat verdiyi dispetçer isə radar ekranlarında heç bir obyekt aşkarlamadığını bildirib.
ƏLAQƏLİ
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Uçuş heyətinin üzvlərindən birinin ehtimalına görə, UNO onların keçməyə çalışdığı fırtına buludlarının arasından çıxıb. Onun fikrincə, təyyarənin mühərriklərinin buzlaması və güclü turbulentlik kimi hava şəraitində bu cism hava şarı ola bilməzdi.
ABŞ-nin Mülki Aviasiya üzrə Federal İdarəsi NUFORC tərəfindən tənqidlərə məruz qalıb. Belə ki, naməlum obyektlə bağlı məlumatların digər müvafiq orqanlara ötürülməsinə dair heç bir sübut yoxdur. NUFORC ekspertlərinin qənaətinə görə, bu cür laqeyd yanaşma və hadisənin araşdırılmaması ümumi uçuş təhlükəsizliyini risk altında qoyur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
Ukraynanın uzaqmənzilli hücumları genişlənir
İsrail ordusu Hebronda hərbi əməliyyatları davam etdirir
İspaniyadakı qatar qəzalarında İsrail izi?