"Ştutqart"ın futbolçusu rəsmən "Qarabağ"da
Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən “Qarabağ” ikinci transferini reallaşdırıb.
Minval.info klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi sol cinah müdafiəçisi Ailton Ferreyra Silvanı heyətinə qatıb.
Müqavilə ilə Almaniyanın “Ştutqart” klubuna məxsus olan 24 yaşlı braziliyalı növbəti mövsümü icarə əsasında “Qarabağ”da keçirəcək.
“Fluminense”nin yetirməsi olan Ailton daha əvvəl – 2015-2016 mövsümündə Azərbaycanda “Neftçi”nin (32 oyun, 3 qol) formasını geyinib. “Ağ-qaralar”dan ayrıldıqdan sonra Portuqaliyanın “Eştoril” (18 oyun) klubuna keçən müdafiəçi daha sonra Almaniya “Ştutqart”ına (5 oyun) transfer olunub. 2018-ci ilin yayında yenidən “Eştoril”ə icarəyə verilən futbolçu mövsümün ikinci yarısını isə Portuqaliya “Braqa”sında keçirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi