"Sperantsa" - "Neftçi" matçı canlı yayımlanacaq?
Moldovada “Sperantsa” və “Neftçi” arasında keçiriləcək Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu canlı yayımlanacaq.
“Report”un məlumatına görə, iyulun 11-də Kişinyovdakı “Zimbru” stadionunda təşkil olunacaq qarşılaşmanı CBC Sport telekanalı ekranlara gətirəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
Həmin gün “Səbail” və Rumıniyanın “Universitatya” (Krayova) komandaları arasında keçiriləcək görüş isə CBC International telekanalında canlı yayımlanacaq. Bayıl stadionundakı oyun saat 20:00-da başlanacaq.
Qeyd edək ki, “Qarabağ”ın Albaniyada “Partizani” ilə iyulun 10-da keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü də CBC Sport ekranlara gətirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Siti” ilə bağlı yeni xəbər: O qədər xalı silinə bilər ki…
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi