Spacex və nvidia kosmosda süni intellekt inqilabına imza atır: Yeni peyk dövrü başlayır
SpaceX və Nvidia, kosmosda süni intellekt mərkəzi qurmaq məqsədilə birgə əməkdaşlığa başlayıblar. Bu mərkəz, alçaq Yer orbitində süni intellekt hesablamalarını birbaşa həyata keçirəcək.
Minval.info xəbər verir ki, layihə çərçivəsində “Starmind AI1” adlı yeni bir peyk hazırlanır. Bu peyklərdə Nvidia-nın “Vera” prosessorları və “Rubin” qrafik çipləri istifadə ediləcək. Şirkət, bu platformanın əvvəlki nəsil H100 çipləri ilə müqayisədə süni intellekt emalında 25 dəfə daha yüksək performans göstərəcəyini bildirir.
SpaceX, uzunmüddətli perspektivdə bir milyon peykdən ibarət bir şəbəkə qurmağı planlaşdırır. Bu sistem, kosmosda paylanmış süni intellekt superkompüteri kimi fəaliyyət göstərəcək. Peyklərin günəş enerjisindən fasiləsiz istifadə etməsi, onları Yer üzündəki elektrik şəbəkəsindən asılı olmadan fəaliyyət göstərməyə imkan verəcək. Bundan əlavə, sistemin gələcəkdə yenilənməsi üçün peyklərdəki prosessorlar daha yeni çiplərlə əvəz edilə biləcək.
ƏLAQƏLİ
Meyvə-tərəvəz bolluğu qiymətləri niyə ucuzlaşdırmır? – Ekspertlərdən maraqlı açıqlamalar
Layihənin ilk prototip sınaqlarının 2027-ci ilin əvvəlində başlaması planlaşdırılır. İnkişaf prosesinin plana uyğun getməsi halında, həmin il seriya istehsalına keçilməsi nəzərdə tutulur. Lakin, layihə ilə bağlı bütün tənzimləyici prosedurlar hələ tamamlanmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dəniz kərimzadə yeni vəzifəsində: Agentlikdə diqqət Mərkəzində kim olacaq?
Azercell-dən musiqili yenilik: Zənglərinizə rəng qatın!
Rusiyada qadınlara hərbi çağırış...