“Space”də nə baş verir? - Yeni təyin olunan rəhbərdən addımlar - FOTO
“Space” teleradio şirkətinə yeni rəhbər gətirilən Müşfiq Hətəmov televiziyada ciddi dəyişikliklər etməyə başlayıb.
“Minval.info” “qafqazinfo”ya istinadən xəbər verir ki, Hətəmov kanalın heyətini az qala, tamamilə dəyişmək qərarına gəlib.
Belə ki, 15 ildir “Space” TV-də icraçı direktor vəzifəsində çalışan Kamil Şahverdiyevin yerinə ATV-nin vitse-prezidenti vəzifəsində işləmiş Rauf Dadaşovun gətiriləcəyi deyilir.
Kanaldan aldığımız məlumata əsasən, R. Dadaşov ya icraçı direktor, ya da proqramlar şöbəsinə rəhbər gətiriləcək.
Artıq o, bir neçə dəfə “Space”ə gələrək vəziyyətlə tanış olub. Dadaşovun Şahverdiyevin işlərini tam təhvil verməsindən sonra vəzifəsinin icrasına başlayacağı gözlənilir.
Eyni zamanda, iyunun 15-dən etibarən işçilərin əksəriyyətinin öz hesabına məzuniyyətə yola salınacağı deyilir.
Bununla da, ənənəvi proqramların yayımı dayandırılacaq. İki aylıq fasilədən sonra televiziya yeni formatda, yeni işçilərlə yayıma başlayacaq.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mətbuat Şurası Türkiyə mediasını məlumatları yoxlamağa çağırıb
İranın çirkin hicab oyunu: "Sahar Azəri" ifşa olundu
“Kim Milyoner Olmak İster” yarışmasında aparıcı dəyişikliyi
Karolin Leavit Fox news-da fəaliyyətə başlayır
ANS-in keçmiş işçisi MTV Azərbaycan-a direktor oldu
Azərbaycanda basketbol mövzusunda yeni xəbər portalı açıldı
Azərbaycan və Küveyt arasında media əməkdaşlığı genişləndirilir