Sosial medianın varlandırdığı gənclər - Milyonları belə qazanırlar - FOTOLAR
21-ci əsrdə sosial platformaların dairəsi xeyli genişlənərək artıq evdə oturaraq məşhurlaşmağa imkan yaradır. Günümüzdə dəb halını alan bu tendensiya xüsusiylə gənclər arasında çox geniş yayılıb. Kimin nəyə gücü çatır, onun vasitəsiylə məşhurlaşır. Məşhurlaşmaqdan əlavə, sosial media hesablarından əldə etdikləri gəlirlə hətta varlanırlar.
Minval.info indi sizə sosial platformada məşhurlaşan simaları təqdim edir.
“Chiara Ferragni” – “Theblonde Salad”
İtaliyada universitet oxuyarkən bloq qurmaq fikri ilə yola çıxan və “theblondesalad.com” adlı bloqunda etdiyi paylaşımlarla adından söz etdirən Kiara bu gün ən çox tanınan moda blogeridir. Moda, səyahət və yaşam tərzi sahələrində etdiyi paylaşımlarla məşhurlaşan bu xanım bahalı markalarla olan iş birliyi ilə də diqqət çəkir.
Murad Osman – “Followmeto”

Fotoqraf və səyahət blogeri olan Murad Osman səyahət etdiyi ölkələrdə həyat yoldaşının əlinində tutaraq çəkdiyi şəkillərlə məşhurlaşdı. Təxminən 5 milyon izləyicisi ilə öz sahəsində ilk ağıla gələn adlardandır.
“Jack Morris” – “Doyoutravel”

Jek Moris sevgilisi ilə dünyanı gəzir və bu sahədə sosial mediada paylaşımlar edir. 2,4 milyon izləyici ilə ən çox tanın və qazanan məşhurlardandır.
“Mariand Castrejon” – “Yuya”

Meksikalı Mariand 2010-cu ildə açdığı “Youtube” kanalı ilə makiaj, gözəllik və dəb sahəsində paylaşımlar edir. 14 milyondan artıq daimi izləyicisi olan bu xanımın aylıq gəliri 50 min dollardır.
“Roman Atwood” – “Roman Atwood”

Yumor sahəsində özünü açdığı “Youtube” kanalında sübut etməyi bacaran Romanın bu gün 7 milyondan artıq daimi izləyicisi var. 5 milyona yaxın ümumi sərvəti olduğu deyilən Roman, sosial medianın varlandırdığı simalardandır.
“Nash Grier” – “Nash Grier”

Amerikalı Qrier yaradıcı videoları ilə instaqram və tviter kimi platformaların məşhurlaşdırdığı simadır. Qrier hər videoy görə 100 min alır.
“Felix Arvid Ulf Kjellberg” – “PewDiePie”

İsveçli Feliks kompüter oyunlarını ən məşhur təhlil edənlərdən hesab olunur. “Youtube”-da 40 milyona axın daimi izləyicsi olan Feliksin 50 milyona yaxın sərvəti olduğu bilinir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Maduronun tərəfdarları Nyu-Yorkda məhkəmə önündə aksiya keçirdi
ABŞ İranın Larak adasına raket zərbəsi endirib
Fransada 15 yaşdan kiçiklərə sosial şəbəkələr qadağan edildi
Rusiyaya qarşı rus - Sırski kimdir...
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Umerov Ukraynaya qayıtmaqdan İMTİNA ETDİ
Bir universitetin 5 tələbəsi fərqli məkanlarda öldü

