Son bir neçə ildir sosial şəbəkələr arasında İnstaqram ən aktiv və çox müzakirə olunanıdır. Sənət adamlarının demək olar ki, 90 faizi yeniliklərini, fotolarını burada paylaşır, müzakirə edirlər. Onlar isə yayımladıqlarına görə hər zaman tənqid olunurlar.

Axşam.az son günlər sosial mediada ən çox tənqid edilən sənət adamlarını təqdim edir:

Xalq artisti Röya Ayxan son aylar hər paylaşımına görə tənqid atəşinə tutulur. İfaçının istər öz profilində yayımladığı fotoları, istərsə də digər səhifələrdə olan açıqlamaları qınanılır. İzləyicilərin 90 faizi ona mənfi rəylər yazır. Röya öz profilində yayımladığı postlarında şərh bölümünü bağlayır, ya da ancaq dostları üçün şərh yazmağa imkan verir. Röyaya qarşı aqresiyanın yaranmasına səbəb isə onun Yeni il günü yayımladığı rəqs videosu olub.

Xalq artisti Tünzalə Ağayeva fərqli görünüşdə və cəsarətli geyimlərdə fotoları ilə izləyicilərini hər dəfə təəccübləndirir. Müğənninin açıq geyimlərini isə izləyiciləri tənqid atəşinə tutur. Ağayeva şərhləri çox vaxt oxumadığını deyir. Amma ifaçı hərdən ona mənfi sözlər yazanlara da cavab verir.

İnstaqramda hazırda tənqid edilənlər sırasında müğənni Dilarə Kazımova da ilk sıralarda yer alır. İfaçı illərdir açıq-saçıq şəkillər yayımlasa da, izləyiciləri buna öyrəşməyib. Onun yayımladığı hər sinə dekolteli, uzun yarıqlı geyimlərdəki fotoları tənqid atəşinə tutulur.

Əməkdar artist Könül Kərimova sosial şəbəkədə aktiv istifadəçi olmasa da, hər paylaşımı müzakirə yaradır. Buna səbəb isə müğənninin şəkillərini çox fotoşop etməsidir. Belə ki, son vaxtlar yeni fotosessiya etdirən Kərimova şəkillərini İnstaqramda yayımlayıb. İzləyicilər gah onun saçını, gah makiyajını, gah da fotoşop etməsini qınayıblar. K.Kərimova isə bütün şərhlərə bir-bir cavab verib.

Müğənni Təranə Qumral isə qızları ilə paylaşdığı görüntülərə görə tənqid edilir. İzləyicilər ona təhqirlə yanaşı qarğış da yazıblar. Hətta Təranə paylaşımlarının birində izləyicilərini hədələyərək, bir də belə şərh görsə, polisə şikayət edəcəyini bildirib.

Müğənni Mənzurə Musayeva bir müddət əvvəl bayrağımızı əks etdirən geyimlə efirə çıxıb. İfaçı daha sonra foto çəkdirərək sosial şəbəkədə yayımlayıb. Onun bu addımı günlərlə sosial şəbəkənin gündəmindən düşməyib. İzləyicilər hər fürsətdə Mənzurənin ünvanına tənqid yazır.