22.07.2026 - 13:06
Ölkə 46 baxış

SON DƏQİQƏSON DƏQİQƏ! “Arzum”la bağlı yeni QƏRAR VERİLDİ

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən “Arzum 9999” ləqəbli bloger İlduzə Hacıyevanın barəsində çıxarılmış hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Musavat.com xəbər verir ki, müdafiə tərəfi İlduzə Hacıyeva barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət qaldırıb.

Məhkəmənin qərarı ilə “Arzum” ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, Xəzər Rayon Məhkəməsinin hökmü ilə İlduzə Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay azadlıqdan məhrum edilib və hökm elan olunduqdan sonra məhkəmə zalında həbs olunmuşdu

Qeyd edək ki, hadisə ötən ilin iyununda Mərdəkan qəsəbəsində baş verib. İstintaqın məlumatına görə, İlduzə Hacıyevanın idarə etdiyi avtomobil dönmə əməliyyatı zamanı arxadan gələn nəqliyyat vasitəsinə mane olub. Nəticədə baş verən qəzada bir nəfər həlak olub, daha bir nəfər ağır xəsarət alıb. O, Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilir.

Könül İbrahim
Musavat.com

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: