SON DƏQİQƏ! UFO böhranı böyüyür - Sirli hadisənin YENİ DETALLARI
ABŞ və Çin arasında yaşanan casus şarı böhranından sonra ortaya naməlum obyektlər çıxdığından, bütün dünyada UFO narahatlığı artır.
Musavat.com xəbər verir ki, sirli obyektlərlə bağlı yeni detal ortaya çıxıb. ABŞ Şimal Qüvvələri Komandanlığının (NORTHCOM) verdiyi açıqlamaya görə, fevralın 10 və 12-də Kanada sərhədində Horun gölünə atılan obyektlərin qalıqları tapılmayıb.
“ABŞ ordusu, Kanadalı tərəfdaşlar, federal qurumlar yerüstü sensorlar, havadan görüntülər və yeraltı skanlardan istifadə edib. Bütün bölgələrdə sistematik axtarışlar aparılıb, lakin dağıntıların yerini müəyyən etmək mümkün olmayıb” – açıqlamada bildirilib.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Bölgədəki şərtlər Şimal qütbünün təsiri altında olduğundan əməliyyatlar dayandırılıb. Eyni zamanda uçuş əməliyyatlarının dayandırılacağı bildirilib.
Xatırladaq ki, ABŞ fevralın 4-də Cənubi Karolina sahillərində Çinin casus şarını vurmuşdu. Daha sonra fevralın 10-da Pentaqonun üzərinə daha bir obyekt vurulub. Fevralın 11-də Kanadanın baş naziri Castin Trüdo ABŞ-la əməkdaşlıq çərçivəsində Yukon bölgəsində başqa bir obyektin yerə salındığını bəyan edib.
8 gündə 4 naməlum obyektlə bağlı açıqlama verən Pentaqon sözçüsü Briqada generalı Patrik Rayder verdiyi yazılı açıqlamada sözügedən obyektin ABŞ prezidenti Co Baydenin göstərişi ilə ABŞ F-16 təyyarəsi tərəfindən vurulduğunu bildirib.
Pentaqon obyektlərin yadplanetlilərə məxsus olması ehtimalını da istisna etməyib. Bununla da UFO böhranı yaşanıb. Daha sonra yeni açıqlama verən ABŞ sözügedən obyektlərin yadplanetlilərlə əlaqəli olduğuna dair heç bir dəlil olmadığını bildirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda