Şolts: “Almaniya Ukraynaya tankların verilməsində müttəfiqləri ilə hərəkət edir”
“Almaniya Ukraynaya döyüş tanklarının tədarükü məsələsində müttəfiqləri ilə koordinasiyalı şəkildə hərəkət edir”.
“Report” xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə birgə mətbuat konfransında bəyan edib.
“İki ölkəmiz Ukraynaya maliyyə, humanitar nöqteyi-nəzərdən dəstək vermək, həmçinin silah tədarükü üçün çox işlər görür”-deyə, o bildirib.
Eyni zamanda o əlavə edib ki, ABŞ da Kiyevə böyük yardım edir: “Biz yüksək effektiv, hazırda mövcud olan silah təchizatımızı daim genişləndirmişik. Və biz həmişə bütün bu qərarları bütün mühüm müttəfiqlərimiz və dostlarımızla, məsələn, Fransa, ABŞ və digər böyük Avropa ölkələri ilə yaxından əlaqələndirmişik.
Keçmişdə etdiyimiz kimi, həmişə bütün dostlarımız və müttəfiqlərimizlə konkret vəziyyəti yaxından müzakirə edərək, gələcəkdə də hərəkət etməli olacağıq”.
Kansler, Ukraynaya dəstəyin azalmayacağına və lazım olana qədər davam edəcəyini bildirib:
“Ona görə də son dövrlərdə bizə çox kömək edən bu prinsip gələcək üçün də vacib olaraq qalır. Biz yalnız bir-birimizlə sıx koordinasiyada hərəkət edirik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BMT: Süni intellekt bəşəriyyət üçün təhdid ola bilər
Ahbap dərnəyində 4,3 milyardlıq sirr açıldı!
Qızılın qiyməti düşdü: Faiz gözləntiləri artdı
ABŞ-dan İrana qarşı yeni nüvə strategiyası
OPEC+ neft hasilatını artırmır: Bazar gərginliyi artır
Beyində xatirələrin sinxronlaşma sirri açıldı
Neftin qiyməti Yaxın Şərq gərginliyi ilə zirvədə