Beyində xatirələrin sinxronlaşma sirri açıldı
ABŞ-da aparılan yeni bir araşdırma, beyində müxtəlif bölgələrdə formalaşan məlumatların vahid xatirəyə necə çevrildiyini ortaya çıxarıb. Kaliforniya Universitetinin San Dieqo şəhərindəki tədqiqatçılar, saniyənin onda biri qədər davam edən elektrik impulslarının beynin uzaq bölgələrini eyni ritmdə fəaliyyət göstərməyə vadar etdiyini müəyyən ediblər.
Minval.info xəbər verir ki, alimlər epilepsiya müalicəsi alan 35 pasiyentin beynindəki 1373 neyronun fəaliyyətini elektrodlar vasitəsilə izləyiblər. Araşdırma zamanı yüksək tezlikli elektrik dalğalarının beynin müxtəlif nahiyələrində eyni vaxtda yarandığı müşahidə olunub. Nəticələrə görə, bir-birindən 22 santimetrədək uzaqda yerləşən neyronların eyni vaxtda siqnal ötürmə ehtimalı 30-49 faiz artıb.
Bu sinxronluğun beyində ayrı-ayrı məlumatların birləşdirilməsinə və vahid düşüncə və xatirənin formalaşmasına kömək etdiyi bildirilir. Tədqiqatçılar yaddaş yükü artdıqca bu ritmik əlaqənin də gücləndiyini müəyyən ediblər. Alimlər mexanizmin sağlam beyində necə işlədiyini və gələcəkdə yaddaş pozuntularının müalicəsində istifadə edilə biləcəyini araşdıracaqlar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İsrailli nazir Ben-Qvirin Məscid-i Əqsaya təxribatçı ziyarəti
ABŞ-a etibar azaldı: Fransa və 10 ölkə bir araya gəldi
Serbiyada tələbə hərəkatı Vuçiçi devirdi: Rusiya ilə əlaqələr necə olacaq
İranlı nazirə təbrizli qızdan sərt sual: "Hansı dildə təhsil alacaqlar?"
PKK Sincardan çəkilir: İraq ordusu bölgəyə nəzarəti ələ alır
PKK-nın Sincardakı uzantısı İraq ordusuna inteqrasiya edilir
Avstriya kansleri Aİ büdcə mübahisəsində veto ilə hədələyir