Siyəzəndə "patı" satanlar saxlanıldı (FOTO)

Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin istifadəsində və satışında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.
Minval.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbovun Trend-ə bildirdiyinə görə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Mərifət Quliyev, Azər Adgözəlov və Rövşən Musayev saxlanılıblar. Həmin şəxslərin üzərinə və yığışdıqları M.Quliyevə məxsus evə baxış zamanı “patı”, “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Siyəzən Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi

