25.11.2026 - 13:44
Türkiyədə mənzildə əli-qolu bağlı meyit tapıldı
Hadisə 289 baxış

Türkiyədə mənzildə əli-qolu bağlı meyit tapıldı

Türkiyənin Dənizli şəhərində maraqlı bir hadisə baş verib. Şəhərin bir mənzilindən gələn səs-küylər qonşuları narahat edib. Bu səbəbdən polis əməkdaşları dərhal hadisə yerinə gəliblər.

Minval.info xəbər verir ki, mənzildə polislər əli-qolu bağlı, döyülərək öldürülmüş bir usta meyiti ilə qarşılaşıblar. Hadisənin araşdırılması zamanı üç şübhəli şəxs saxlanılıb.

Polis hazırda hadisənin təfərrüatlarını araşdırır və saxlanılan şəxslərin ifadələri əsasında cinayətin motivləri müəyyən edilməyə çalışılır.

Dənizli şəhərində baş verən bu hadisə yerli sakinlər arasında böyük narahatlıq yaradıb və təhlükəsizlik tədbirlərinin artırılması tələb olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: