Sevgilisi tərəfindən 55 bıçaq zərbəsilə qətlə yetirilən qızın nəşi Gəncəyə gətirildi

Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda qətlə yetirilən Azərbaycanlı qızın cənazəsi yaxınlarına təhvil verilib.
Minval.İnfo Unikal.org-a istinadən xəbər verir ki, 24 yaşlı Qənirə Cabbarovanın meyti artıq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Antalya şəhər şöbəsində ekspertiza olunub.
Qətlə yetirilən qızın meyiti dünən gecə yaxınlarına təhvil verilib. Cənazəsi dəfn olunmaq üçün təyyarə ilə cənazəsi doğulub, boya-başa çatdığı Gəncə şəhərinə gətirilib.
Qeyd edək ki, iki gün əvvəl 24 yaşlı Qənirə Cabbarova Türkiyənin Burdur əyalətinin Tefenni rayonunda Teffeni-Çavdır avtomobil yolunun Beyköy yolayrıcında taksi ilə evinə qayıdarkən Halil.A. adlı sevgilisi tərəfindən taksidə 55 bıçaq zərbəsi ilə qətlə yetirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi