“SAZZ”a qarşı 40 milyon manatlıq məhkəmə iddiası qaldırılıb
“Aqrarkredit” QSC Bank Olmayan Kredit Təşkilatı “Azqtel” MMC-ni məhkəməyə verib.
“Report”un xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Kredit Təşkilatı MMC-dən ümumilikdə 39 milyon 812 min 773 ABŞ dolları kredit üzrə borcunun tutulması barədə tələb irəli sürüb.
Həmçinin “Aqrarkredit” QSC məhkəməyə müraciətində göstərib ki, şirkətin borc tələbinin əmlaka yönəldilməsi, əmlakın iddiaçının mülkiyyətinə keçməsi və əmlak üzərində hüquqlarının qeydiyyatını xahiş edib.
Daha sonra iddiaçı Kredit Təşkilatının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin baxılmamış saxlanılması və iddia ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini istəyib.
Məhkəmə iddia ərizəsini baxılmamış saxlayıb.
Qeyd edək ki, “Azqtel” Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında genişzolaqlı simsiz internet xidməti göstərən operatordur. 2005-ci ildə rəsmi qeydiyyatdan keçib və 2008-ci ildən etibarən “SAZZ” brendi adı altında bu xidməti göstərməyə başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 14 yaşlı qızın məcburi ərə verilməsinin qarşısı alınıb
“ASAN xidmət” işləməyəcək
Eldar Əzizov şöbənin adını dəyişib, müdir təyin etdi
Sabiq icra başçısı və AXCP üzvlərinin məhkəməsi oldu - saxlanılanlar var
“Xankəndiyə ən qısa və rahat yol Ağdamdan keçir”
Ramazan bayramı ilə bağlı Bakıda 2 yerdə yarmarka keçiriləcək
Paralimpiya çempionu: "Qələbəmi şəhidlərə və qazilərə həsr edirəm"