17.08.2026 - 20:37
Kriminal 15 baxış

Saxta profillərlə milyonları ələ keçirən kibercinayətkarlar ifşa olundu!

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində saxta sosial şəbəkə profilləri və Vatsap hesabları vasitəsilə kiberdələduzluq edən 8 nəfər saxlanılıb.

Minval.info xəbər verir ki, saxlanılan şəxslər arasında Fərid Əliyev, Asiman Zeynalov, Tofiq Əliyev, Fərid Atakişiyev, Röyal Abdullayev, Anar Məmmədov, Rəşad Hacıyev və Həmid Əliyev var. Bu şəxslər xaricdə fəaliyyət göstərən kibercinayətkar qruplaşmalarla əməkdaşlıq edərək, qanunsuz fəaliyyətlərdə istifadə olunan bank kartları və elektron nömrələrlə təminat veriblər.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər 2 mindən artıq bank kartı və elektron mobil nömrəni kibercinayət əməllərində istifadə ediblər. Bu kart və nömrələrin bəziləri qanunsuz onlayn qumar və kazino oyunlarında da istifadə olunub.

Hazırda saxlanılan şəxslər ətrafında əməliyyat-istintaq tədbirləri davam edir. Xaricdəki kibercinayətkar qruplaşmaların digər üzvlərinin də məsuliyyətə cəlb olunması istiqamətində işlər aparılır.

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək, bank rekvizitlərinin və mobil nömrələrin cinayət əməllərində istifadə olunmasının yolverilməz olduğunu bildirir. Əgər belə hallarla qarşılaşsanız, dərhal polis orqanlarına məlumat verməyiniz tövsiyə olunur.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: