Şarl Mişel: "Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır"
“Brüsseldəki son müzakirələrimizi davam etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdım”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
“Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün göstərilən bütün səylərə dəstəyimiz tamdır”, – siyasətçi bildirib.
Qeyd edək ki, ötən gün N.Paşinyanla Ş.Mişel arasında telefon danışığı olub. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, bu gün Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq. Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli bəyanatların icrasını, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə tədbirləri müzakirə edəcək.
Görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin gələcək inkişafının aktual məsələləri ətrafında da fikir mübadiləsi aparılacağı da gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhreyn İranla kollektiv görüşlərdən çəkildi
Türkiyə İraqdan Səudiyyəyə PUA hücumlarını qınadı
Apostolov ailəsinin gizli əmlak imperiyası ifşa edildi
Paşinyan Göyçə gölündə çimərkən sosial medianı coşdurdu
İsveçdən qayıdan miqrantlara 37000 dollar təklif!
Çoxuşaqlı ailələrə aylıq 140 manat müavinət təklifi
Macarıstanda dizel avtomobil sahiblərinə pul müjdəsi!