Samux, şəmkir və qazaxın qazsız günləri: 16 günlük fasilə nə vəd edir?
Sabahdan başlayaraq, Samux, Şəmkir və Qazax rayonlarının müəyyən qəsəbə və kəndlərində qaz təchizatı 16 gün müddətində müvəqqəti olaraq dayandırılacaq.
Minval.info xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Məlumatda qeyd edilir ki, “Qaz İxrac” İdarəsinə aid olan yüksək təzyiqli magistral qaz kəmərlərində yeni çəkilmiş hissələrin mövcud kəmərlərə qoşulması işləri həyata keçiriləcək. Bu səbəbdən, avqustun 5-i saat 18:00-dan etibarən 20 avqust 2026-cı il tarixinə qədər Samux rayonunun Qaraağaclı və Qaraarx qəsəbələri, Yenikənd, Köbər, Qədili, Seyidlər, Sarıqamış kəndləri, Şəmkir rayonunun Kür və Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Çaparlı, Bayramlı kəndləri, eləcə də Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Qaymaqlı, Kəmərli, Aslanbəyli, Yuxarı Salahlı kəndlərinin qaz təchizatı dayandırılacaq.
İşlərin tamamlanmasının ardından qaz təchizatının texnoloji rejimlərə uyğun olaraq bərpa edilməsi planlaşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdə havanın temperaturu 5-10 dərəcə enəcək - xəbərdarlıq
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır