Samir Cəfərov Damlaya görə işindən ayrılıb?

Xalq artisti Samir Cəfərovun Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsindən ayrılmasının bəzi səbəbləri məlum olub.
Minval.İnfo ölkə.az-a istinadən xəbər verir ki, Cəfərov cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən sənətçilərin konsertinin rəhbərlik etdiyi müəssisədə təşkil edilməsinə qarşı çıxıb. Ancaq onun bu istəyi nəzərə alınmayıb.
Xalq artisti arqument kimi özünün tənqidlərə məruz qalmasını göstərsə də, onun bu fikrinə məhəl qoyan olmayıb. Bildirilir ki, müğənni Damlanın Gəncədə konsert verməsi sosial şəbəkədə və mətubatda Cəfərovun tənqid edilməsiylə nəticələnib. Məhz bu tənqidlər xalq artistinin getmək qərarını bir az da sürətləndirib.
Qeyd edək ki, mayın 5-də Gəncə filarmoniyasında Damlanın solo konserti keçirilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dahi bəstəkar Tofiq Quliyev 108 il əvvəl doğulub
Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən görüntülər
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət
Ağdamın "İmarət" kompleksi İslam Dünyası İrs Siyahısına daxil edildi
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi