Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən görüntülər
Xalq artisti Fidan Hacıyeva Fransada möhtəşəm bir konsert proqramı ilə tamaşaçıların qarşısına çıxıb. Baku.ws-ın məlumatına görə, “8 Noyabr – Zəfər günü”nə həsr olunan bu musiqili gecə Parisin məşhur Bobino teatrında keçirilmişdir.
“LA SOIRÉE MUSICALE: Les Échos de l’Honneur” adlı konsertdə Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunan kamera orkestri səhnəyə çıxıb. Bu unudulmaz musiqi axşamında klassik musiqinin gözəl nümunələri tamaşaçılara təqdim edilib.
Fidan Hacıyeva ilə birlikdə Əməkdar artist Ramil Qasımov, azərbaycanlı fleytaçı Ağarahim Quliyev və Hindistanlı dirijor Savitri de Roşfort da səhnədə yer alıblar. Onların ifaları Paris tamaşaçılarına unudulmaz hisslər bəxş edib.
Musiqiçilərin yüksək peşəkarlıqla ifa etdikləri əsərlər tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb, gecə yaddaşlarda dərin iz buraxıb.
XƏBƏRİN VİDEOSU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət
Ağdamın "İmarət" kompleksi İslam Dünyası İrs Siyahısına daxil edildi
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi
XII Bakı Beynəlxalq Kitab Sərgisində oxucuları nələr gözləyir?