Dahi bəstəkar Tofiq Quliyev 108 il əvvəl doğulub
Bu gün Azərbaycanın tanınmış bəstəkarı və Xalq artisti Tofiq Quliyevin doğum günüdür. Onun anadan olmasından 108 il ötür. Baku.ws-ın məlumatına görə, Tofiq Ələkbər oğlu Quliyev 1917-ci il noyabrın 7-də Bakıda dünyaya gəlib.
Gənc yaşlarından musiqiyə maraq göstərən Tofiq Quliyev, 12 yaşında Azərbaycan Dövlət Konservatoriyası yanında peşə məktəbinə daxil olub və 1934-cü ildə Konservatoriyaya qəbul edilib. 1936-cı ildə isə təhsilini tamamlayıb.
O, 1931-ci ildə M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını bəstələyib və 1935-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında dirijor kimi fəaliyyətə başlayıb. 1936-cı ildə bəstəkar Z.Baqnrovla birgə müxtəlif muğamları fortepianoda hazırlayıb.
Tofiq Quliyev, Üzeyir Hacıbəyovun təşəbbüsü ilə Moskva Dövlət Konservatoriyasında təhsilini davam etdirib və müharibədən sonra bir çox teatrlarla əməkdaşlıq edib. Onun musiqi yaradıcılığı 40-cı illərdən etibarən kino sahəsinə də sirayət edib.
Həyatının son illərində Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyətinin sədri kimi çalışıb və 2000-ci ilin 4 oktyabrında vəfat edib. O, kinorejissor Eldar Quliyevin atası, senarist Nərminə Quliyevanın isə babasıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən görüntülər
Bakıda ədəbiyyat sərgisi: keçmişdən gələcəyə səyahət
Ağdamın "İmarət" kompleksi İslam Dünyası İrs Siyahısına daxil edildi
Şəki Xan sarayını bu ilin 9 ayında 178 min turist ziyarət edib
Xalq artisti Şövkət Ələkbərova 104 il əvvəl bu gün doğulub
Tanınmış meyxanaçı İlkin Çərkəzoğlu vəfat etdi