Şamaxıda kriminal avtoritetlər arasında qanlı mübahisənin cinayət işi
Şamaxıda bir nəfəri güllələməkdə, bir nəfəri bıçaqlamaqda təqsirli bilinən Nadir Babaqulu oğlu Surxayev və Samir Ədalət oğlu Cəbrayılovun cinayət işi üzrə aparılan ibtidai istintaq başa çatıb.
“Ölkə.Az” xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevral ayının 4-ə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 7-də şəhərin Axundov küçəsində qeydə alınıb.
Şamaxı şəhər sakini, 1994-cü il təvəllüdlü Ceyhun Əlibala oğlu Qədimov ona naməlum şəraitdə açılan atəş nəticəsində sol əl nahiyəsindən güllə yarası alıb. Həmin hadisə zamanı C.Qədimovun yanında olan əmisi, şəhər sakini Elxan Əlibaba oğlu Qədimov isə qarınının ön divarı nahiyəsindən bir bıçaq zərbəsi alıb. Hər iki yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. E.Qədimova ilkin tibbi yardım göstərilib, əməliyyat olunan xəstənin vəziyyəti kafidir. C.Qədimov isə evə buraxılıb.
Hadisəni törətməkdə təqsirli bilinən şəhər sakinləri Nadir Surxayev və Samir Cəbrayılov saxlanılıb. İstintaq araşdırmaları zamanı məlum olub ki, mübahisə kriminal avtoritetlər arasında düşüb. Belə ki, tərəflər arasında mübahisə uzun illərdi davam edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBayram Məmmədovun ailəsini sarsıdan cinayət: Qardaşı saxlanıldı
Goranboyda ailə faciəsi: Oğlu qətlə yetirən ata saxlanıldı
Tiktoker 8 sutkalıq həbs olundu: Sosial media paylaşımları başına bəla oldu
Sabunçuda dəhşətli ailə faciəsi: Şəxsiyyət vəsiqəsi üstündə ölümcül mübahisə
Şəmkirdə ailədaxili faciə: Arvadını qətlə yetirən şəxsə 15 il həbs cəzası
İcra başçısının arpa iddiası: Məhkəmə kəndlilərin tərəfində oldu