Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi tam yenilənir
Salyanın Kərimbəyli kəndinin elektrik şəbəkəsi uzun illərdir istismarda olduğundan istehlakçılar üçün çətinliklər yaradırdı. Elə bu səbəbdən “Azərişıq” ASC tərəfindən Kərimbəyli kəndinin də dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün yenidənqurma işlərinə başlanılıb.
Minval.info-nun “Azərişıq” ASC-yə istinadən verdiyi məlumata görə, 1 200-dən çox abonentin yaşadığı kənd ərazisində 17 km-dan çox 10 kV-luq xətt tamamilə yenilənib, 16 km-dan artıq 0,4 kV-luq elektrik xətləri özünüdaşıyan izolyasilyalı naqillərlə əvəzlənib. Müasir tipli Komplekt Transformator Məntəqələri quraşdırlıb. Bütün abonentlərin elektrik sayğacları yenilənib.
Prezident İlham Əliyevin müvafiq göstəriş və tapşırıqlarına əsasən ölkənin müxtəlif ərazilərində yerləşən yaşayış məntəqələrində ötən əsrin 60-cı illərindən qalan köhnəlmiş şəbəkələrin yenilənməsi istiqamətində işlər sürətlə davam etdirilir.
https://youtu.be/tfp6dJjVT7s
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda “Aİ-95” markalı benzin nə vaxt istehsal ediləcək?
Türkiyə lirəsi niyə dalğalanır? - Təhlil
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan neftinin qiyməti 80 dolları keçib
Ermənilər Ukrayna taxılını oğurlayır
Kənd Təsərrüfatı Nazirliyi qarpızın bahalaşmasına münasibət bildirdi