Şahzadənin sirli vəsiyyəti –

İngiltərə Ali Məhkəməsi Kraliça II Elizabetin mərhum həyat yoldaşı Şahzadə Filipin vəsiyyətinin ən azı monarxiyanın şərəfini qorumaq naminə 90 il gizli saxlanılması barədə hökm verib.
Minval.info xəbər verir ki, hakim Endryu Makfarlen Şahzadə Filipin vəsiyyətinin möhürlənməsini və heç bir nüsxəsinin məhkəmədə saxlanılmamasını qərara aldığını açıqlayıb.
ƏLAQƏLİ
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Hakim şahzadənin mirasının dəyərinin vəsiyyətnaməyə daxil edilməməsinə də qərar verib.
Vəsiyyətnamənin təsdiqlənməsinin ən az 90 il çəkəcəyini və bu vaxtın kifayət etdiyini qeyd edən Makfarlen bildirib: “Kraliça və yaxın ailəsinin ləyaqətini qorumaq üçün məhdud sayda insanın yer aldığı bu qrupun həyatının özəl sahələri üçün təşkil edilən müdafiənin gücləndirilməsinə ehtiyac var”.
Vəsiyyətinin gizli qaldığı ilk kral ailəsi üzvü Kral V Corcun xanımı Kraliça Merinin qardaşı Şahzadə Frensis idi. Bundan əlavə, Kraliça II Elizabetin anası Elizabet və bacısı Şahzadə Marqaretin ölümündən sonra da vəsiyyətləri möhürlənib.
Şahzadə Filip iyun ayında 99 yaşında vəfat edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zibil qutusundan zirvəyə: Atılmış körpələrin heyrətamiz uğur hekayələri
Telefonlar bizi dinləyirmi? – Mütəxəssislərdən vacib tövsiyələr
Emin Ağalarovun sevinci: “Sea breeze”də i̇lk uşaq doğuldu
Bu bürclər səhv insanlara dəfələrlə aşiq olurlar
Avropa İttifaqının Azərbaycandakı səfiri Azərbaycan dilini öyrənir
ABŞ-də ChatGPT-yə görə OpenAI məhkəməyə verildi
Alimlərdən SENSASİON KƏŞF: 4500 illik sirri açdılar