06.08.2026 - 02:22
Lent 12 baxış

Sahibkarlar üçün yeni dövr: Bəyannamələri unudun, biznesinizə fokuslanın!

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbəri Orxan Nəzərli, sahibkarların vaxtlarını bəyannamələrin doldurulmasına sərf etməməsi, əksinə, öz biznes fəaliyyətlərinə yönəltmələri üçün çalışdıqlarını bildirib.

Minval.info xəbər verir ki, Orxan Nəzərli, kameral vergi yoxlamalarının digər nəzarət tədbirlərindən fərqli olaraq sanksiya tətbiq etmədiyini vurğulayıb. O, vergi öhdəliklərinin icrası zamanı bilməyərəkdən yaranan uyğunsuzluqların kameral təhlil vasitəsilə müəyyən edildiyini və sahibkarlara müvafiq bildirişlərin göndərildiyini qeyd edib.

Orxan Nəzərli bildirib ki, vergi orqanlarına ildə təxminən 3 milyon bəyannamə təqdim olunur və kameral nəzarət erkən xəbərdarlıq mexanizmi kimi istifadə edilir. Məqsəd, sahibkarların vergi öhdəliklərini daha asan və vaxt itirmədən yerinə yetirmələrini təmin etməkdir. 2025-ci ilin dördüncü rübündən etibarən sadələşdirilmiş vergi ödəyiciləri üçün prefilling mexanizmi tətbiq olunmağa başlanıb. Bu sistem, vergi ödəyicilərinin bəyannamələrinin ilkin olaraq vergi orqanlarının məlumatları əsasında hazırlanmasını nəzərdə tutur.

O, həmçinin bu mexanizmin daha da inkişaf etdirilməsi və ƏDV ödəyicilərinə də tətbiqi istiqamətində işlərin davam etdiyini bildirib. Əsas məqsəd, sahibkarlarla vergi orqanları arasında yaranan anlaşılmazlıqları aradan qaldırmaqdır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: