Sabirabadda yaşadığı ünvanı tərk edən iki COVID-19 xəstəsi saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata
görə, koronavirus infeksiyasına yoluxan və ev şəraitində müalicə alan Sabirabad
rayon sakini Əli Mustafayev karantin rejimi qaydalarını kobud şəkildə pozaraq
yaşadığı ünvanı tərk edib.
O, rayon ərazisində şöbə əməkdaşları tərəfindən aşkar
olunub və yaşadığı ünvana qaytarılıb.
COVID-19 testinin nəticəsi pozitiv olan və ev şəraitində müalicə təyin olunan
rayonun Nərimankənd kənd sakini olan Mirhüseyn Hüseynov da qoyulan
qaydalara biganə yanaşaraq yaşadığı ünvanı tərk edib.
Polislər tibbi prosedurları
gözləməklə onu yaşadığı ünvana geri qaytarıblar.
Hər iki şəxs barəsində Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Cəlilabadda su qıtlığı: Fermerlər çarəsiz qalıb
Şəhid ailələrinə 36 yeni mənzil təqdim edildi
Əlillik təyinatı: 35,3 min şəxsə yeni qərar
265 min şəxs məşğulluq tədbirləri ilə əhatə olundu
Çoxuşaqlı ailə meyarı dəyişir: 3 uşağa da güzəşt!
Pensiyaçılara kredit qapıları bağlanır?
Atalıq məzuniyyəti: 1126 işçi faydalandı