Sabirabadda həmyerlisini güllələyən şəxsin cəzası azaldılıb
Şirvan Apellyasiya Məhkəməsində həmyerlisini öldürməyə cəhddə təqsirləndirilən Vüqar Süleymanovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Süleymanovun apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, onun 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 9 aya endirilib.
İttiham aktına əsasən, hadisə 2017-ci ildə Sabirabad rayonunda baş verib. Rayon sakini V.Süleymanov tanışı Davud Fərəcovu tüfənglə güllələyib. Xəstəxanaya çatdırılan yaralının həyatını xials etmək mümkün olub.
Polis əməkdaşları tərəfindən saxlanılan A.Həsənlinin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Hadisəyə səbəb isə D.FərəcovRusiya Federasiyasının Mahaçqala şəhərində həmyerlilərinin yanında V.Süleymanovbarəsində xoşagəlməz ifadələr işlədib. Bundan xəbər tutan V.Süleymanov D.Fərəcovdan qisas almaq məqsədi ilə onu tüfənglə vurub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Dələduzluq əməliyyatı: 7 nəfər saxlanıldı
Telefon ekranındakı yaşıl və narıncı nöqtələr nədir?
Keçmiş icra başçısının əmlakı satışa çıxarıldı
Milyonluq dələduzluq: Məhkəmədə yeni iddialar
Neftçi çətin oyunlar öncəsi hazırlıqlara başlayır
Bakıda milyonluq ev saxta sənədlərlə satıldı!
DTX beş ölkədə terror əməliyyatı keçirdi