Sabir Rüstəmxanlı ETİRAZ ETDİ: “Camaatı niyə narazı salırsınız?”
Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edən deputat Sabir Rüstəmxanlı Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə əlaqədar büdcədən ayırmaları müdafiə edib.
Musavat.com xəbər verir ki, deputat ardınca bildirib ki, müdafiə məsələsi təkcə ordunun güclənməsi deyil:
“Müdafiə cəbhəsi təkcə ordu məsələsi deyil. Ön cəbhə ilə yanaşı, ölkənin içi də, arxa cəbhə də güclənməlidir. Ona görə də biz, əhaliyə elə şərait yaratmalıyıq ki, ordu ilə yanaşı, hər bir vətəndaş öz dövlətinin əsgəri olmağa hazır olsun. Təəssüf ki, problemlər, narazılıqlar var və bu narazılıqları yaratmaq istəyən qüvvələr də var. Bunu gizlətməyə ehtiyac yoxdur. Neçə ildir deyirk ki, dağ kəndləri qazsız qalıb və meşələr qırılır. İllərdir ki, qazlaşmanı uzadırlar. Camaatı niyə narazı salırsınız?”
S.Rüstəmxanlı məmurlardan şikayətlənib:
“Xalq cənab Prezidentin çıxışlarını diqqətlə izləyir. Amma Pezidentin qərarlarını yüksək səviyyədə yerinə yetirməli olan məmurun qapısında elə üz görür ki, qalır çarəsiz… Bundan başqa, süni surətdə elə şərait yaradırlar ki, uşaqları rus məktənlərinə yönəltsinlər. Bunu da bir problemə çeviriblər. Bütün sahələrdə balans pozulub”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezidentin imzasını saxtalaşdıran deputat köməkçisi saxlanıldı - FOTO
Lavrovun Qarabağla bağlı açıqlamasında iki mühüm məqam
Koronavirus yayılan ölkələrə səyahət edənlərə məsləhət
Sumqayıtda 13 yaşlı qızı ərə verdilər, 14 yaşlını isə... - Dəhşətli faktlar
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ