Sabir Rüstəmxanlı: “Bir dəfə evdə yoxlanmaq üçün gərək 100-120 manat verəsən”
Milli Məclisin plenar iclasında söz alan Sabir Rüstəmxanlı koronavirusla bağlı getdikcə ağırlaşan vəziyyətdən bəhs etdi. “Camaat koronavirusla əlaqədar müayinə olunmur. Çünki bir dəfə evdə yoxlanmaq üçün gərək 100-120 manat verəsən. Bunun kasıbı, imkansızı var. Adamların imkanı olmur, yoxlanmır, özfəaliyyət nəticəsində isə xəstəlik sağalmaqdansa, dərinləşir”.
S.Rüstəmxanlı nəqliyyat probelminə də diqqət çəkdi: “Axşamlar biz baxırıq, avtobuslara yaxın düşmək mümkün deyil. Metro dayanıb, dayanacaqlarda adamlar elə bil mitinqə çıxıb. Metro da həmin şeydir, məsafəni gözləməklə fəaliyyətinə imkan yaratmaq olar. Ona görə də xahiş edirəm, əlaqədar təşkilatlar bu, iki məsələyə diqqət yetirsinlər”.
Sədr Sahibə Qafarova həmkarına belə cavan verdi: “Sabir müəllim, xahiş edirəm, qanun layihəsindən danışmaq lazımdır, bunu sonda da deyə bilərdiniz. Keçən dəfə Soltan müəllim (Məmmədov-red.) məlumat verdi ki, testlər puslzudur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahdan bəzi yerlərdə leysan yağacaq
Xocavəndin iki kəndində qazlaşdırma işlərinə start verilib
Məktəb mədrəsə deyil, öz qaydaları var
İlqar Fəhmi məktəbli forması qərarını dəstəkləyir: Zərurət var
Əməkdar jurnalist Məhəbbət Mirzəyeva vəfat etdi
Məktəbdə qalmaqal: yüksək bal toplayan müəllim niyə kənarda qaldı?